DÜNYA


Almaniya hökuməti Kiyevə “IRIS-T SLM” hava hücumundan müdafiə sistemləri verilməsi məsələsini müzakirə edir

Berlin, 14 may, AZƏRTAC

Bu gün Almaniya səhər qəzetlərinin ilk səhifələrində “IRIS-T SLM” müasir hava hücumundan müdafiə sistemlərinin təsvirləri dərc edilib. Ola bilsin, Almaniya Federativ Respublikası Ukraynaya belə sistemlər tədarük etməyə başlayacaq.

AZƏRTAC xəbər verir ki, dünən AFR-in Nazirlər Kabinetində bu mövzunun müzakirəsi başlanıb. Məsələn, “Bild” qəzeti öz mənbələrinə istinadla yazır ki, həmin sistemlərin döyüş şəraitində tətbiqini öyrənmək üçün ukraynalı hərbçilər tezliklə Almaniyaya göndərilə bilər. Yeri gəlmişkən, “Diel Defens” şirkətinin istehsal etdiyi ilk belə sistem artıq noyabr ayında Ukraynaya çatdırıla bilər. Qəzetin yazdığına görə, Kiyev on ədəd belə sistem almaqda maraqlıdır.

“IRIS-T SLM” sistemi döyüş təyyarələrini, helikopterləri, qanadlı raketləri, pilotsuz uçuş aparatlarını, reaktiv artilleriya və bombaları məhv etmək imkanına malikdir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.