DÜNYA


Almaniya hökuməti tibb işçilərinə təşəkkürünü bildirib

Berlin, 4 may, AZƏRTAC

Almaniya federal hökumətinin başçısı Angela Merkel bu gün tibb işçilərinə təşəkkürünü bildirib.

AZƏRTAC xəbər verir ki, kansler tibbi heyətin pandemiya dövründə işini “əsl fədakarlıq” adlandırıb.

O qeyd edib ki, tibb işçilərinin işi bir gün belə dayanmayıb. “İndi siz pandemiyanın üçüncü dalğasında hər gün bütün bu işləri görürsünüz – pasiyentlərə qulluq edir, testləşdirmə və vaksinasiya əməliyyatları aparırsınız”, - deyən Merkel əhalinin vaksinasiya işinin sürətindən razı qaldığını bildirib.

Pandemiyanın aradan qaldırılmasında həlledici amil olan peyvəndləmənin gedişatının sevindirici hal olmasını qeyd edən kansler vurğulayıb ki, ixtisaslı tibbi heyət üçün yeni iş yerləri yaradılmalıdır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.