SİYASƏT


Almaniya ictimaiyyəti və KİV-ləri Ermənistanın Azərbaycana qarşı qarayaxma kampaniyası barədə məlumatlandırılıb

Berlin, 12 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyi bu ölkənin yerli ictimaiyyətinə və KİV-lərinə müraciət ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, müraciətdə Ermənistanın sentyabrın 27-də Azərbaycana qarşı törətdiyi təxribatdan sonra, həmçinin bu ölkənin təbliğat maşınının ölkəmizə qarşı qarayaxma kampaniyasına başladığı, ölkəmizlə bağlı saxta məlumatlar yaydığı qeyd olunur. Bildirilir ki, təəssüflər olsun, bəzi siyasətçilər və ya KİV-lər bilərəkdən, yaxud bilməyərəkdən ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasının qurbanına, bəzən də özləri bu kampaniyanın icraçısı və ya təbliğatçısına çevrilirlər.

Müraciətdə Ermənistanın qarayaxma kampaniyası konkret misallarla izah edilir və sübutlara əsaslanaraq təkzib olunur. Ermənistanın ölkəmizin guya “Dağlıq Qarabağa hücum etməsi”, “döyüşlərə Yaxın Şərqdən muzdluları cəlb etməsi”, “mülki əhali və ya mülki obyektləri hədəfə alması” kimi şər-böhtan dolu, əsassız və normal məntiqə sığmayan iddialarından bəhs edilir. Vurğulanır ki, əhalisi 10 milyon olan və modern orduya sahib ölkəmizin öz ərazisində sülhə məcburetmə və antiterror əməliyyatları aparması üçün heç bir xarici köməyə ehtiyacı yoxdur, ölkəmiz öz silahlı qüvvələri ilə ərazi bütövlüyünü və suverenliyini təmin etmək iqtidarındadır.

Müraciətdə Ermənistanın xarici ölkələrdən muzdluları cəlb etmək sahəsində “böyük” təcrübəyə malik olduğu, Monte Melkonyan kimi beynəlxalq səviyyədə tanınmış terrorçuları öz qəhrəmanına çevirdiyi xüsusi qeyd edilir. Bu ölkənin Azərbaycana qarşı hücumlarda mülki əhalini hədəfə aldığı bildirilir və bu əsnada Xocalı soyqırımı xatırladılır.

Səfirlik müraciətində Almaniya ictimaiyyətinin və KİV-lərinin nümayəndələrini erməni qarayaxma təxribatının qurbanına çevrilməməyə, yanlış və əsası olmayan məlumat və xəbərləri tirajlamamağa çağırır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.