MƏDƏNİYYƏT


Almaniya mətbuatı Bakıda keçirilən musiqi festivalı barədə məqalə dərc edib

Berlin, 13 iyun, AZƏRTAC

Almaniyanın “Nordbayern” qəzetində “Bakıda yaşanmış maraqlı konsert macərası” başlıqlı məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Almaniyanın Herçogenaurax şəhərində fəaliyyət göstərən “MünchenKlang” qrupunun üzvləri Katarina Frölix və Piter Frölixin dünya şöhrətli violonçel ifaçısı Mstislav Rostropoviçin qızı Olqa Rostropoviçin dəvəti ilə Bakıda keçirilən musiqi festivalı çərçivəsində konsert proqramı ilə çıxış etdikləri bildirilir.

Məqalədə Rostropoviç Fondunun məqsədlərindən birinin gənc musiqiçiləri dəstəkləmək olduğu, Fondun on ildən artıqdır Beynəlxalq Rostropoviç Festivalı təşkil etdiyi və festivalın bu il Bakıda keçirildiyi nəzərə çatdırılır. Məqalədə Azərbaycanın qədim xalçaları ilə tanındığı, zəngin neft ehtiyatları ilə məşhur olduğu, həmçinin burada hər il Formula 1 yarışlarının keçirildiyi vurğulanır. Aprelin 27-də Mstislav Rostropoviç X Beynəlxalq Musiqi Festivalının yekun konsertinin Heydər Əliyev Sarayında keçirildiyi xatırlanır, ulu öndər Heydər Əliyevin ölkədə dərin ehtiramla yad edildiyi nəzərə çatdırılır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.