SİYASƏT


Almaniya mətbuatı Ermənistanın təxribatından yazır

Berlin, 14 iyul, AZƏRTAC

Almaniyanın “Spiegel” dərgisi, “De.euronews.com”, “Tagesschau.de”, “Nex24.news”, “Greenpeace-magazin.de” portalları Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi hücumu ilə bağlı məqalələr dərc edib.

Məqalələrdə Ermənistanın daxilində mövcud olan problemlərdən, bu təxribatı törətmək üçün mümkün səbəblərdən bəhs edilir. Ermənistanın bu əməlləri ilə regionda vəziyyəti gərginləşdirdiyi, hər iki tərəfdən itki olduğu diqqətə çatdırılır. Azərbaycan Xarici İşlər Nazirliyinə istinadla bildirilir ki, Ermənistan silahlı qüvvələrinin bu təxribatı təcavüzkar dövlətin rəhbərliyinin bölgədəki gərginliyi artıran son hərəkətlərinin və bəyanatlarının davamıdır.

Yazılarda Azərbaycan Prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışından fikirlərə də yer verilib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.