SİYASƏT


Almaniya mətbuatı İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərdən yazıb

Berlin, 6 oktyabr, AZƏRTAC

Almaniyanın “jungewelt.de” portalında, Almaniyanın “dpa” xəbər agentliyi və “Frankfurter Rundschau” qəzetinin saytında İranın Azərbaycanla sərhəddə başlatdığı hərbi təlimlər barədə məqalələr dərc edilib.

AZƏRTAC xəbər verir ki, yazılarda bu təlimlərin Sovet İttifaqının süqutundan sonra İranın sərhəddə keçirdiyi ilk hərbi təlimlər olduğu vurğulanıb. Bildirilib ki, təlimlərə zirehli texnika ilə yanaşı, helikopterlər də cəlb olunub.

Diqqətə çatdırılıb ki, Azərbaycanla İran təqribən 400 kilometr uzunluğunda sərhədə malikdir. Azərbaycan tərəfi bu təlimlərin keçirilməsini tənqid edib. Qeyd edilib ki, İran tərəfi Azərbaycan ilə İsrail arasında sıx əməkdaşlıqdan narahatdır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.