Almaniya nəşrində azərbaycanlı ekspertin Azərbaycan-İsrail əməkdaşlığı haqqında məqaləsi dərc edilib
AzerTAg.az
Berlin, 12 sentyabr, AZƏRTAC
Almaniyanın nüfuzlu “Ostexperte” nəşrində bu ölkədə yaşayan azərbaycanlı gənc alim Asif Məsimovun “İsrail Azərbaycanın etibarlı tərəfdaşıdır” sərlövhəli məqaləsi dərc edilib (bax: https://ostexperte.de/israel-als-verlaesslicher-kooperationspartner-aserbaidschans/).
AZƏRTAC xəbər verir ki, məqalədə bütün müsəlman dünyası üçün nümunə olan İsrail-Azərbaycan strateji münasibətlərindən bəhs olunur. Müəllif qeyd edir ki, İsrail Azərbaycan neftinin əsas idxalatçılarından biridir. İsrailin neftə ehtiyacının üçdəbir hissəsindən çoxu Azərbaycan nefti hesabına təmin edilir.
İki dövlət arasında iqtisadi münasibətlər hərbi əməkdaşlığı da stimullaşdırır. İsraildən Azərbaycana müasir və yüksək texnoloji silahlar göndərilməsi ilə əlaqədar Yerevan tərəfindən tez-tez səslənən tənqidi çıxışlar yersizdir, çünki Bakı ilə Təl-Əviv arasında əməkdaşlıq təkcə Ermənistanın təcavüzü ilə bağlı deyil, bu əməkdaşlıq bütün regionda təhlükəsizliyin qorunub saxlanmasına yönəlib. A.Məsimov vurğulayır ki, İsrail Cənubi Qafqazda “uzaq-yaxın” aktordur.
Müəllif öz təhlilini yekunlaşdıraraq bu qənaətə gəlir ki, Yerevanın isterik ritorikası fonunda Azərbaycan ilə İsrail arasında hərbi-siyasi əməkdaşlıq daha da möhkəmlənəcək.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Xəbərin mətnində orfoqrafik səhv var