REGİONLAR


Almaniya nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında olub

Bakı, 8 oktyabr, AZƏRTAC

Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann və Almaniyanın Azərbaycandakı səfirliyinin əməkdaşları Sumqayıt Kimya Sənaye Parkında olublar.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qonaqlara ölkəmizdə yaradılmış sənaye parkları, burada sahibkarlar üçün yaradılmış əlverişli şərait, rezidentlər üçün tətbiq edilən güzəşt mexanizmləri və göstərilən xidmətlər barədə məlumat verilib, alman iş adamları fəal əməkdaşlığa, sənaye parklarına investisiya yatırmağa dəvət edilib. Nümayəndə heyəti “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzi barədə də məlumatlandırılıb. Görüşdə sənaye parklarının və Peşə Təhsil Mərkəzinin fəaliyyətini əks etdirən təqdimat nümayiş etdirilib.

Sonra nümayəndə heyəti Peşə Təhsil Mərkəzi, həmçinin tələbələrin təcrübi dərslər keçdiyi Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azertexnolayn” MMC-nin Polad boru və Texniki avadanlıqlar zavodu ilə tanış olublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.