SİYASƏT


Almaniya nümayəndə heyəti şəhidlərin xatirəsini yad edib

Bakı, 23 oktyabr, Əziz Məmmədov, AZƏRTAC

Almaniya Federativ Respublikasının xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayerin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, oktyabrın 23-də qonaqlar Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən nümayəndə heyətinin üzvlərinə Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.