DÜNYA
Almaniya parlamentinin yuxarı palatası məktəblərdə rəqəmsallaşdırma islahatını bəyənib
Berlin, 16 may, AZƏRTAC
Almaniyada məktəblərin rəqəmsallaşdırılması layihəsinin qanunvericiliklə rəsmiləşdirilməsi başa çatıb. AZƏRTAC xəbər verir ki, bu gün federal əyalətlər palatası – Bundesrat aşağı palatadan – Bundestaqdan nümunə götürərək, “Məktəb” adlanan layihəni bəyənib. Layihənin qəbul edilməsi üçün səs çoxluğunun tələb olunmasına baxmayaraq, Bundesrat deputatları ona yekdilliklə səs veriblər.
Hər iki palatada keçirilən səsvermə məktəblərin planşet, yüksək sürətli internet, əlavə avadanlıqla təchiz edilməsi üçün federal mərkəz tərəfindən əyalətlərə 5 milyard avro ayrılmasını mümkün edib. Rəqəmsallaşdırma haqqında qanunun qəbul edilməsi sayəsində Almaniya məktəblərində əlavə iş yerləri açılacaq, məsələn, sistem inzibatçısı vəzifəsi yaradılacaq.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]