SİYASƏT


Almaniya portalı: Ermənistan atəşkəsə əməl etmir

Bakı, 22 oktyabr, AZƏRTAC

Almaniyanın “TRT Deutsch” xəbər portalında “Azərbaycan: Ermənistan atəşkəsə əməl etmir” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər vеrir ki, məqalədə Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış atəşkəsin kövrək olduğu vurğulanır. Bildirilir ki, Ermənistan Azərbaycanın təmas xəttindən uzaqda yerləşən şəhərlərini raket atəşinə tutub, nəticədə çox sayda mülki şəxs həyatını itirib.

Müəllif qeyd edir ki, hazırda Azərbaycan Ordusu cəbhədə vəziyyətə nəzarət edir. Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ beynəlxalq hüquqa əsasən Azərbaycana məxsusdur. Sovet İttifaqının dağılmasından sonra Ermənistan həmin bölgəni işğal edib və öz qoşunlarını orada yerləşdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.