QAN YADDAŞI


Almaniya portalında “Xocalı: Azərbaycanlılara qarşı erməni soyqırımı” adlı məqalə dərc olunub

Berlin, 25 fevral, AZƏRTAC

Almaniyanın “nex24.news” xəbər portalında “Potsdam” Universitetinin professoru Vilfrid Furmanın “Xocalı: Azərbaycanlılara qarşı erməni soyqırımı” adlı məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə 1991-ci ilin sonunda Xocalıdakı demoqrafik vəziyyət, faciənin tarixçəsi, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə 613 azərbaycanlı mülki şəxsin amansızcasına qətlə yetirilməsi, həmin gün şəhərin tamamilə dağıdılması, şəhərdə etnik təmizləmə siyasətinin həyata keçirilməsi, tarixi torpaqlarında yaşayan azərbaycanlılara qarşı soyqırımının törədilməsi barədə məlumat verilir. Qeyd olunur ki, bu qanlı hadisə azərbaycanlıların milli yaddaşında dərin iz buraxıb. Dünya ictimaiyyətinin böyük hissəsi hələ də bu məsələ ilə bağlı susqunluq nümayiş etdirir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.