DÜNYA


Almaniya qaçqınlar üçün ən populyar istiqamətdir

Berlin, 19 iyul, AZƏRTAC

Almaniya, evlərini tərk edən və xilasetmə və ya təhlükəsiz bir həyat axtarışında olan qaçqınlar üçün ən məşhur xəyal olaraq qalır.

AZƏRTAC xəbər verir ki, cari ilin ilk 6 ayı ərzində bu ölkəyə Avropa İttifaqının digər ölkəsinə nisbətdə daha çox sığınacaq verilməsi barədə ərizələr daxil olub.

Avropa İttifaqının Statistika Bürosunun açıqladığı rəqəmlər ərizə ilə müraciət edənlərin əksəriyyətinin Suriya və Əfqanıstandan gələnlər olduğunu göstərir. Bu iki ölkənin payına 47 231 sığınacaq verilməsi haqqında ərizə düşür.

Bütün Avropa İttifaqı üzrə təkcə suriyalıların payı 31 faiz, Əfqanıstanın - 24 faiz, Mərakeşin isə 7,7 faiz təşkil edir.

İkinci yerdə Fransa (32 212 ərizə), sonra İspaniya (25 823) və İtaliya (20 620) yer alırlar. Bu müddət ərzində ən az yeni sığınacaq axtaran şəxslər Latviyada (58 nəfər), Estoniyada (30) və Macarıstanda (19) qeydə alınıb.

Ayrıca Almaniyanı götürsək, Suriyadan olan insanların bu ölkədə yeni sığınacaq axtaran şəxslər arasında payı 36 faiz təşkil edir. Suriyalıların ardınca Əfqanıstan vətəndaşları (18 faiz), üçüncü yerdə isə iraqlılar (6,6 faiz) qərarlaşıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.