İQTİSADİYYAT


Almaniya şirkəti Azərbaycanda bərpaolunan enerji mənbələrinin çəkisinin artırılmasına cəlb olunub

Bakı, 15 oktyabr, AZƏRTAC

Almaniyanın “DNV GL Energy Advisory GmbH” şirkəti Azərbaycanda elektrik enerjisinin ümumi generasiya güclərində alternativ və bərpaolunan enerji mənbələrinin xüsusi çəkisinin artırılmasına cəlb edilib.

AZƏRTAC xəbər verir ki, Energetika Nazirliyi tərəfindən bu il avqustun 1-də “Elektrik enerjisinin ümumi generasiya güclərində alternativ və bərpaolunan enerji mənbələrinin xüsusi çəkisinin artırılmasını, habelə alternativ və bərpaolunan enerji sahəsinə özəl investisiyaların cəlb edilməsi məqsədilə bu sahəni tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsini, güzəştli tariflərin və digər təşviqedici tədbirlərin tətbiqini əhatə edən sənədlərin hazırlanması” işlərinin satınalınması üçün tenderdə “DNV GL Energy Advisory GmbH” qalib elan olunub və şirkətlə müvafiq satınalma müqaviləsi imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.