CƏMİYYƏT


Almaniya və Azərbaycanın təhsil müəssisələri arasında psixiatriya sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb

Bakı, 10 yanvar, AZƏRTAC

Dünya şöhrətli alim, Münxen Psixiatrik Fenomik və Genomika İnstitutunun direktoru, professor Tomas Şults ölkəmizə səfəri çərçivəsində Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli ilə görüşüb.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı Münxen Psixiatrik Fenomik və Genomika İnstitutu ilə Azərbaycan Tibb Universiteti arasında elmi tədqiqatlar sahəsində qarşılıqlı əməkdaşlığa dair müzakirələr aparılıb və birgə layihələrin icrasına dair ilkin razılığa gəlinib.

Görüşdə Tibb Universitetinin prorektorları Nadir Zeynalov və Rauf Bəylərov, Psixi Sağlamlıq Mərkəzinin müdiri, psixiatriya kafedrasının professoru Fuad İsmayılov da iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.