DÜNYA


Almaniya və Belçikada daşqınlar: Azı 100 nəfər həlak olub, 1300-dən çox adam itkin düşüb

Berlin, 16 iyul, AZƏRTAC

Almaniya və Belçikanın qərb əyalətlərində son dövrlərdə baş vermiş ən güclü daşqın nəticəsində itkilər barədə ilkin məlumata görə, azı 100 nəfər həlak olub, 1300-dən çox adam itkin düşüb.

AZƏRTAC xəbər verir ki, BBC bu məlumatı Arvayler rayonunun administrasiyasına istinadla yayıb. Hakimiyyət orqanlarının sözlərinə görə, bu iki ölkənin əksər regionlarında hərc-mərclik yaranıb və daşqın qurbanlarının dəqiq sayını demək hələlik mümkün deyil.

Almaniyanın Reynland-Pfals və Şimali Reyn-Vestfalya əyalətləri daha çox zərər çəkib. Belçikada və Niderlandda güclü dağıntılar baş verib.

Belçikada azı 11 nəfər həlak olub. Niderlandın, Fransanın və İsveçrənin ayrı-ayrı rayonlarında suyun səviyyəsi qalxmaqda davam edir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.