DÜNYA


Almaniyada 100 pasiyenti öldürən feldşer mühakimə olunacaq

Bakı, 30 oktyabr, AZƏRTAC

Sabiq feldşer Nils Högel Almaniyanın şimalında yerləşən Oldenburq şəhərində məhkəmə qarşısına çıxacaq.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, 41 yaşlı cinayətkar 100 pasiyenti öldürməkdə ittiham olunur. Təhqiqatın versiyasına görə, Högel insanlara ölümcül dərman dozası vurur, sonradan onları xilas etməklə həmkarları arasında nüfuzunu artırmaq istəyirdi. Ehtimallara görə o, 1999-2005-ci illər ərzində Oldenburqda 36, Delmenhorstda isə 64 nəfəri öldürüb.

Qeyd edək ki, Nils Högel bir qədər əvvəl ömürlük həbs cəzasına məhkum edilsə də, bəzi yeni faktlar üzə çıxdığı üçün proses yenidən təkrarlanıb. Təhqiqat həyatlarını itirən pasiyentlərin sayının bundan da çox olduğunu istisna etmir, lakin onların cəsədləri kremasiya edildiyindən artıq toksikoloji analiz aparmaq mümkün deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.