MƏDƏNİYYƏT


Almaniyada Azərbaycan həqiqətləri

Azərbaycanlı yazıçı Varisin əsəri “Dünyanın sülh kitabı” antologiyasında

Bakı, 21 iyun, AZƏRTAC

Berlin şəhərində alman və italyan dillərində “Dünyanın sülh kitabı” adlı ədəbi antologiya işıq üzü görüb. Beynəlxalq Yazıçılar Gildiyasının və Yaradıcılar Sülh Uğrunda Federasiyasının birgə nəşr etdirdikləri antologiyada ABŞ, Almaniya, İtaliya, İsrail, Rusiya, Ukrayna, Avstraliya kimi ölkələrin yazıçılarının seçmə əsərləri yer alıb. Vladimir Bentsler, Kalodyero La Vekkya, Tatyana Kayzer, Oleq Pudov, Vladi Benz, İrina Yavorovskaya kimi tanınmış ədiblərlə yanaşı antologiyada azərbaycanlı yazıçı Varis də təmsil olunub.

AZƏRTAC xəbər verir ki, redaksiya heyəti həmyerlimizin “Payız natürmortu” əsərini oxuculara təqdim edib.

“Payız natürmortu” insanın maddi və mənəvi azadlıqlarından, canlıların yaşayış vəhdətindən, Xeyirlə Şərin əbədi mübarizəsindən bəhs edir. Əsərdə 30 ilə yaxın işğal altında qalmış Azərbaycan ərazilərində erməni faşizminin vandallıq nümunələri də öz əksini tapıb.

“Dünyanın sülh kitabı” Avropanın böyük kitabxanalarına, kitab palatalarına, universitetlərinə hədiyyə olunmaqla yanaşı kitab mağazalarının rəflərində də yer alacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.