SİYASƏT


Almaniyada Azərbaycanın Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib

Berlin, 5 dekabr, AZƏRTAC

Dekabrın 4-də Azərbaycanın Almaniyadakı səfirliyində xalqımızın Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb.

AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları uzun illər işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsi uğrunda canlarından keçən qəhrəmanların ruhu qarşısında baş əyiblər.

Tədbirdə çıxış edənlər çoxdan gözlənilən bu məqsədə nail olunmasında hər bir döyüşçünün, arxa cəbhədəki hər bir vətəndaşın, bütün cəmiyyətin və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun misilsiz rolunu vurğulayıblar.

İştirakçılar yaralılılara tezliklə sağalmalarını arzulayıblar.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.