İDMAN


Almaniyada Karate 1 Premyer Liqa turnirinə start verilib

Bakı, 14 sentyabr, Nicat Məmmədov, AZƏRTAC

Almaniyada Dünya Karate Federasiyasının (WKF) Karate 1 Premyer Liqa seriyasından mərhələ yarışlarının Berlin turnirinə start verilib.

AZƏRTAC xəbər verir ki, yarışın ilk günündə kişilər arasında 60, 67, 75 və kata komandaların, qadınlar arasında isə 50, 55 və fərdi kata yarışları keçirilir. Bu kateqoriyalarda finallar və bürünc medal görüşləri sentyabrın 16-da təşkil olunacaq.

Milli komandamızın üzvlərindən Firdovsi Fərzəliyev (60 kq), Tural Ağalarzadə, Rafiz Həsənov, Hümmət Baxşəliyev (hər üçü 67 kq), Rafael Ağayev (75 kq), Nuranə Əliyeva (50 kq) və İlahə Qasımova (55 kq) yarışın ilk günündə tatamiyə çıxacaqlar.

Ayxan Mamayev, Turqut Həsənov, Pənah Abdullayev (hər üçü 84 kq), Şahin Atamov, Asiman Qurbanlı, Əli Cəfərov (hər üçü 84 kq-dan yuxarı), Roman Heydərov (kata), həmçinin Fəridə Abiyeva (61 kq) və İrina Zaretska (68 kq) sentyabrın 15-də yarışa qatılacaqlar.

Qeyd edək ki, nüfuzlu turnirdə 72 ölkədən 763 idmançı iştirak edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.