SİYASƏT


Almaniyada “Qarabağ” adlı ictimai-siyasi məcmuə çap olunmuşdur

Bakı, 2 avqust (AZƏRTAC). Azərbaycan diasporunun Almaniyadakı Mərkəzi Şurasının təşəbbüsü ilə Almaniyada “Qarabağ” adlı ictimai-siyasi məcmuə çap edilmişdir.

AZƏRTAC xəbər verir ki, məcmuənin əsas məqsədi Azərbaycan siyasətini, tarixini, mədəniyyətini, musiqisini Almaniyada və almandilli dövlətlərdə təbliğ etmək, ölkəmiz ilə maraqlananları məlumatlandırmaqdır.

Azərbaycan və alman dillərində çap edilmiş 50 səhifəlik məcmuənin üç min tirajla ildə dörd dəfə buraxılması nəzərdə tutulmuşdur.

Mərkəzi Şura tərəfindən həftəlik “Qarabağ” ictimai-siyasi qəzetinin də buraxılması gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.