İDMAN


Almaniyada Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq boks turniri keçirilib

Almaniyada Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq boks turniri keçirilib

Bakı, 23 may, AZƏRTAC

Almaniyanın Kotbus şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə beynəlxalq boks turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan yarış Diaspora Boks Liqası və Berlində fəaliyyət göstərən Azərbaycan Evinin təşkilatçılığı ilə gerçəkləşib.

Almaniya və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə start götürən turnirin birinci mərhələsi Halle (Saale), ikinci mərhələsi Maqdeburq/Barleben, final mərhələsi Kotbus şəhərlərində təşkil olunub.

Yarışda iştirak edən Azərbaycan, Almaniya, Ukrayna, Polşa, Bolqarıstan, Belarus, Tacikistan və Rusiyadan olan boksçular Ümummilli Lider Heydər Əliyevin adını daşıyan kubok və kəmər uğrunda mübarizə aparıblar.

Azərbaycanlı idmançı Kənan Hüseynəliyev kəmərə sahib olub.

Müxtəlif çəki kateqoriyalarında ilk üç yerin sahiblərinə kubok və medallar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.