Almaniyada Xocalı soyqırımından bəhs edən kitab və “Almanca-Azərbaycanca sözlük” nəşr edilmişdir
AzerTAg.az
Bakı, 11 yanvar (AZƏRTAC). Almaniyada Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş kitab nəşr olunmuşdur.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, 242 səhifəlik kitabın müəllifi Rolf Kunshdur.
Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən Almaniyanın Zaxhsen-Anhalt vilayəti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşəbbüsü ilə nəşr edilən kitabda Xocalı soyqırımı barədə ətraflı məlumat verilmiş, erməni vandallarının dinc azərbaycanlılara qarşı törətdiyi qətliam insanlığa qarşı cinayət kimi qiymətləndirilmişdir.
Berlində yaşayan həmyerlimiz, Alman-Azərbaycan Akademiklər Cəmiyyətinin sədri, professor Əhməd Umid Yazdaninin müəllifliyi ilə “Almanca-Azərbaycanca sözlük” də nəşr edilmişdir. Doqquz yüz səhifəlik, 45 mindən artıq söz və ifadədən ibarət sözlükdə Cənubi Azərbaycan türkcəsinin də qarşılığı göstərilmiş, nəşrə əlavə sözlər daxil olunmuşdur.
Xəbərin mətnində orfoqrafik səhv var