QAN YADDAŞI


Almaniyada Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı fləşmob təşkil edilib

Bakı, 1 mart, AZƏRTAC

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi, Almaniya Azərbaycanlıları Alyansının və Berlin Azərbaycan Evinin təşkilatçılığı ilə Almaniyanın paytaxtı Berlin şəhərində Brandenburg qapıları önündə yerləşən Paris meydanında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş maraqlı fləşmob təşkil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, fləşmob çərçivəsində meydanda Xocalı yazısını, 613 və 29 rəqəmlərini əks etdirən xüsusi şamlar yandırılıb ki, bu da yerli ictimaiyyətin marağına səbəb olub.

Yerli sakinlərə Xocalı soyqırımı barədə ətraflı məlumat verilib, Azərbaycan xalqının bu faciəni heç zaman unutmayacağı bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.