DÜNYA
Almaniyada antisemitizm əhval-ruhiyyəsi artmaqdadır
Berlin, 18 may, AZƏRTAC
Yaxın Şərqdəki vəziyyətin kəskinləşməsi Almaniyada antisemitizm əhval-ruhiyyəsinin güclənməsinə səbəb olub.
AZƏRTAC xəbər verir ki, Krefeld şəhərindəki yəhudi qəbiristanlığında naməlum şəxslər bir neçə məzar daşını dağıdıblar. Sındırılan iki məzar daşının üzərində təhqiredici sözlər yazılıb. Polis cinayətkarların qəbiristanlıq hasarının bir hissəsini dağıtması barədə məlumat yayıb. Hadisə ilə bağlı cinayət işi başlanıb.
Polis qəbiristanlığın ərazisində quraşdırılmış bütün videomüşahidə kameralarının qeydlərini yoxlayır. Xatırladaq ki, bu günlərdə ölkənin daxili işlər naziri antisemitizmə və digər ekstremist hərəkətlərə qarşı heç bir güzəştə getməyəcəyini bəyan etmişdi.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]