DÜNYA


Almaniyada avtobus qəzası nəticəsində 30-dan çox insan yaralanıb

Bakı, 12 sentyabr, AZƏRTAC

Bu gün səhər saatlarında Almaniyanın şimalında sərnişin avtobusu qəzaya uğrayıb.

AZƏRTAC DPA agentliyinə istinadla xəbər verir ki, qəza nəticəsində 30-dan çox insan xəsarət alıb. Rostok şəhər polisinin məlumatına görə, sürücü Vöbbelin yaşayış məntəqəsi yaxınlığında idarəetməni itirib və avtobus yoldan çıxaraq xəndəyə düşüb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Onlardan üçünün vəziyyətinin ciddi olduğu bildirilir.

Hazırda yol-nəqliyyat hadisəsinin detalları aydınlaşdırılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.