DÜNYA
Almaniyada azyaşlı qaçqınların sayı azalır
Berlin, 29 oktyabr, AZƏRTAC
AZƏRTAC xəbər verir ki, 2016-cı ildən başlayaraq Almaniyada sığınacaq alan valideyn himayəsindən məhrum olmuş azyaşlıların sayı kəskin şəkildə azalıb. Bununla yanaşı, kimsəsiz uşaqların sığınacaq üçün müraciətlərinin və onlara verilən müsbət cavabların da statistikasında azalma müşahidə olunur. 2016-cı ildə bu cür müraciətlərin 90 faizinə müsbət cavab verilmişdisə, 2018-ci ilin oktyabrınadək olan müddətdə bu rəqəm 60 faizə düşüb.
Almaniyada televiziya kanallarına müsahibələr verən 17 yaşlı Əfqanıstan qaçqını Şahzəmir Xataki və somalili Müştak Ərəb öz ölkələrində silahlı münaqişələr nəticəsində valideynlərini itirmələri və ağır miqrant həyatı ilə bağlı xatirələrini bölüşüblər. Alman cəmiyyətinə adaptasiya olmaq və burada yüksək təhsil almaq istəyən bu gənclərlə yanaşı, Avropada ağır şəraitdə yaşayan minlərlə azyaşlı və kimsəsiz miqrantların da olduğu bildirilir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]
BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq
- 23.04.2024 [15:53]