DÜNYA


Almaniyada boru kəməri və maye qaz tədarükçüləri arasında kəskin rəqabət gedir

Berlin, 15 aprel, AZƏRTAC

Almaniyaya boru xətti ilə Hollandiya, Norveç və Rusiyadan qaz tədarük edən “Wintershall” şirkəti “Şimal axını-2” qaz kəmərinin tikintisində də iştirak edir. Bu səbəbdən həmin şirkət maye qaz tədarükçülərini öz rəqibi kimi görmək istəmir.

AZƏRTAC xəbər verir ki, bu şirkət uzun müddətdir ki, təbii maye qaz əleyhinə mətbuatda dərc olunan məqalələrə gizli sponsorluq edir. Bu yazılarda həmin yanacaq növünü qaralayan və əhəmiyyətini azaldan iddialar yer alır.

İndi isə “promotion” taktikası ilə təqdim edilən qazabənzər və mavi yanacağın maye formalarının ikisinin də birlikdə istifadə olunacağı ilə bağlı ideya ortaya atılıb. Bu günlərdə yayılmış sənəddə bildirilir ki, ölkənin qazla təchizatı həm boru kəmərləri, həm də dənizdən tankerlər vasitəsilə həyata keçirilə bilər. Şirkət yazır ki, boru kəməri və ya maye qaz terminallarından hər hansı əlavə idxal imkanlarını alqışlayır. Eyni zamanda, “Wintershall” özünü maye qazla bağlı eyham vurmaqdan da saxlaya bilməyərək əlavə edib ki, mövcud olan idxal terminallarının aşağı yükləmə həcmi ilə bağlı maye qaz layihələrinə əlavə sərmayələr qoyulacağından şübhəlidir.

Bütün hallarda, maye qazın Almaniyanın qaz bazarında özünə tam yer tapacağını zaman göstərəcək.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.