DÜNYA


Almaniyada daşqınlar: 33 nəfər həlak olub, 70-dək insan itkin düşüb VİDEO

Bakı, 15 iyul, AZƏRTAC

Almaniyanın Şimali Reyn-Vestfaliya və Reynland-Pfalz federal torpaqlarında baş verən daşqınlar nəticəsində azı 33 nəfər həlak olub.

AZƏRTAC yerli “Bild” tabloidinə istinadla xəbər verir ki, daşqınlardan ən çox zərər çəkən Arvayler rayonunda (Reynland-Pfalz) ölənlərin sayı 18 nəfərə çatır. Reynland-Pfalz federal əyalətinin daxili işlər naziri Rocer Leventsin sözlərinə görə, 50 nəfərdən 70 nəfərədək insan itkin düşmüş sayılır.

Xilasetmə işlərinə təcili xidmətlərlə yanaşı, bundesverin qüvvələri və polis helikopterləri cəlb olunub.

Regionda yaşayan 200 min nəfər elektriksiz qalıb. Reynland-Pfalz federal torpağında sutka ərzində bir kvadratmetr əraziyə 148 litr yağıntı düşüb. Leysan yağışları Reyn Ar və Mozel, həmçinin Zauer, Prüm, Nims, Kil və Erft çaylarının məcralarından çıxmalarına səbəb olub. Nəticədə bir sıra yaşayış məntəqələrinin faktiki olaraq xarici dünya ilə əlaqəsi kəsilib.

Daşqınlar Şuld kommunasında yaşayış binalarının çökməsi ilə nəticələnib, onlarla bina dağılma təhlükəsi ilə üzləşib. Altena, Solingen və Raynbax şəhərlərində, həmçinin Arvayler və Unna rayonlarında vəziyyət daha çətindir. Təbii fəlakət səbəbindən bir çox yaşayış məntəqəsində fövqəladə vəziyyət rejimi elan edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.