SİYASƏT
Almaniyada fəaliyyət göstərən Azərbaycan Diasporunun Mərkəzi Şurası Ermənistanın Berlindəki səfirinə müraciət etmişdir
Bakı, 30 iyun (AZƏRTAC). Almaniyada fəaliyyət göstərən Azərbaycan Diasporunun Mərkəzi Şurası Ermənistanın Berlindəki səfirinə və Baden-Vürtemberq əyalətindəki fəxri konsuluna məktubla müraciət etmişdir.
Mərkəzi Şuradan AZƏRTAC-a bildirmişlər ki, müraciətdə Almaniyanın Baden-Vürtemberq əyalətindəki Ermənistan konsulluğunun internet saytında yerləşdirilmiş Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağla bağlı uydurmaların dərhal yığışdırılması tələb olunur.
Ermənilərin uydurmalarında deyilir ki, guya 1920-ci il dekabrın 1-dә Azәrbaycan hökumәti “Dağlıq Qarabağı Ermәnistanın ayrılmaz hissәsi elan etmiş, 1921-ci il iyulun 5-dә RK(b)P MK Qafqaz Bürosu “biabırçı әdalәtsizliyә” yol verәrәk “Ermәnistanın әzәli vilayәti, әhalisinin 95 faizi ermәnilәrdәn ibarәt olan Dağlıq Qarabağı Ermәnistandan qoparıb Azәrbaycana qaytarmışdır. Bundan başqa, materialda Dağlıq Qarabağ ermәnilәrinin alban mәnşәli olmaları, Qarabağın əzəli erməni torpaqları olduğu göstərilir. Qeyd olunur ki, guya Arsax, 387-ci ilә qәdәr, yәni Ermәnistan Bizans vә İran arasında bölünәnә vә İran ermәni çarlığı lәğv edilәnә qәdәr (428-ci il) Ermәnistanın tәrkibindә olmuşdur.
Mərkəzi Şura bununla bağlı tarixi hәqiqәti diqqətə çatdırır ki, 387-ci ildәn və ya 428-ci ildәn 1918-ci ilә qәdәr, yәni әsrlәr boyu Ermәnistan adlı dövlәt olmamışdır. Demәli, Arsax da, mövcud olmayan Ermәnistan dövlәti tәrkibindә vә ya hakimiyyәti altında ola bilmәzdi.
Mərkəzi Şura bu və digər tarixi faktlara əsaslanaraq, saytdakı saxta, səhv fikirlərin dərhal yığışdırılmasını tələb etmişdir.