DÜNYA


Almaniyada günəş enerjisi istehsalı artır

Berlin, 15 avqust, AZƏRTAC

Almaniyanın “Amprion” elektrik enerji ötürücüsü sistemi operatorunun məlumatına görə, ölkədə günəş elektrik stansiyalarının istehsal etdiyi ümumi enerji iyulun 13-nə olan vəziyyətə görə 10.836 MBt-ı keçib.

AZƏRTAC xəbər verir ki, hesabat dövründə iri günəş elektrik şəbəkələri Almaniyada ümumi elektrik enerjisi istehlakının 47 faizini ödəyib.

Bu, hazırkı fövqəladə enerji vəziyyətində xüsusi əhəmiyyət kəsb edir. Çünki alternativ təchiz etmə mənbələri də ölkənin elektrik enerjisi təminatına kömək edir. Federal hökumət və əyalətlərin hökumətləri bu məsələyə çox böyük diqqət ayırırlar.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.