ELM VƏ TƏHSİL


“Almaniyada həkim işləyən həmyerlilərimizlə tibb təhsili sahəsində əməkdaşlıq” mövzusunda onlayn vebinar keçiriləcək

Bakı, 21 aprel, AZƏRTAC

Aprelin 23-də “Almaniyada həkim işləyən həmyerlilərimizlə tibb təhsili sahəsində əməkdaşlıq" mövzusunda onlayn vebinar keçiriləcək.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, onlayn görüşdə iştirak edəcək qonaqların hər biri öz sahələrinə uyğun dinləyiciləri maraqlandıra biləcək məqamlardan danışacaqlar. Görüş zamanı, həmçinin həmyerlilərimizin ölkəmizdə tibb təhsili sahəsinə verə biləcəkləri töhfələr müzakirə ediləcək.

Maraqlananlar qonaqlara sualları və yaxud mövzu ilə bağlı fikirlərini Təhsil Nazirliyinin feysbuk səhifəsində yer almış müvafiq postun rəy bölməsində qeyd edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.