CƏMİYYƏT


Almaniyada həşəratların qorunması haqqında qanun layihəsi hazırlanıb

Berlin, 10 avqust, AZƏRTAC

Həşəratlar ekosistem və bütövlükdə ətraf mühit üçün çox vacibdir. Son bir neçə ildə Almaniyada onların sayının azalması müşahidə edilir.

AZƏRTAC xəbər verir ki, bu barədə AFR Ətraf Mühit Nazirliyi tərəfindən hazırlanmış və Bundestaqda səsverməyə təqdim edilmiş həşəratların qorunması haqqında qanun layihəsində deyilir.

Almaniyada həşəratların populyasiyasını qorumaq üçün hökumət orqanları gecə saatlarında şəhər və kəndlərdə işıqlandırmaya nəzarət etmək qərarına gəliblər. Qanun layihəsinin müəllifləri ekologiya sahəsində mütəxəssislərin məsləhətlərinə istinad edirlər. Həmin mütəxəssislərin fikrincə, gecə işıqlandırması həşəratlar və quşların bioritmi və populyasiyasına mənfi təsir göstərir.

Buna görə də hökumət ətraf mühitə mənfi təsir etməyən xüsusi gecə işıqlandırma sisteminin yaradılması barədə düşünür.

Vüqar Seyidov

AZƏRTACIN xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.