ELM VƏ TƏHSİL


Almaniyada informasiya təhlükəsizliyi üzrə beynəlxalq sərgi keçiriləcək

Bakı, 18 sentyabr, AZƏRTAC

Oktyabrın 8-10-da Almaniyanın Nürenberq şəhərində “it-sa 2019” informasiya təhlükəsizliyi üzrə beynəlxalq sərgi keçiriləcək.

AZƏRTAC ict.az saytına istinadla xəbər verir ki, əvvəllər “Münxen Security Forum” çərçivəsində təşkil olunan “it-sa” 2009-cu ildən Nürenberqin Sərgi Mərkəzində müstəqil olaraq keçirilir. Bu gün “it-sa” dünyada informasiya təhlükəsizliyi üzrə keçirilən əsas sərgilərdən biri hesab edilir.

Tədbirin əsas müzakirə mövzularına informasiya təhlükəsizliyinin bütün spektrləri, o cümlədən sənaye informasiya təhlükəsizliyi və məlumatların işlənməsi mərkəzləri üçün fiziki müdafiəyə dair atılan addımlar daxildir.

Tədbirin “[email protected]” proqramında biliklərin praktiki ötürülməsinə xüsusi diqqət ayrılacaq. Tədbir, həmçinin ilk dəfə olaraq EICAR beynəlxalq konfransı üçün platforma olacaq.

Qeyd edək ki, sərginin 2018-ci ildə keçirilən 10-cu yubileyində 27 ölkədən 696 eksponent nümayiş olunub və 50-dən çox ölkədən 14 min 290 mütəxəssis iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.