DÜNYA


Almaniyada insanlıq əleyhinə cinayətlər törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Berlin, 16 fevral, AZƏRTAC

Almaniyada insanlıq əleyhinə cinayətlərdə əli olmaqda şübhəli bilinən iki suriyalı saxlanılıb.

AZƏRTAC xəbər verir ki, söhbət Suriya kəşfiyyatının keçmiş əməkdaşlarından gedir. Onlar 2011-2012-ci illərdə müxalifətçilərə qarşı işgəncələr tətbiq ediblər. Bir neçə il sonra Almaniyaya gedərək, orada siyasi sığınacaq əldə ediblər.

ZDF kanalının yaydığı məlumata görə, bir neçəsi hazırda Almaniyada yaşayan altı nəfər şübhəli bilinənlərin əleyhinə ifadə verib. Onların ifadələrinə görə, bu şəxslər müntəzəm olaraq müxalifətçilərə işgəncələr verilməsində və onların öldürülməsində iştirak ediblər.

 

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.