İDMAN


Almaniyada keçiriləcək Beynəlxalq “Qran-pri” turnirində Azərbaycanı dörd güləşçi təmsil edəcəkdir

Bakı, 26 iyun (AZƏRTAC). İyunun 28-29-da Almaniyanın Dortmund şəhərində güləş üzrə Beynəlxalq “Qran-pri” turniri keçiriləcəkdir.

AZƏRTAC xəbər verir ki, turnirdə böyüklərdən ibarət sərbəst güləş üzrə Azərbaycan yığma komandasının üzvləri də iştirak edəcəklər.

Yığma komandanın baş məşqçisi Semyon Çterevin rəhbərliyi altında turnirə 4 güləşçimiz yollanacaqdır. Heyətdə Hacı Əliyev (61 kq), Ruslan Dibirhacıyev (70 kq), Cəbrayıl Həsənov (74 kq) və Həmzət Osmanov (86 kq) yer alacaqlar.

Komandamızın üzvləri turnirə Bolqarıstanın Belmeken şəhərində iştirak etdikləri növbəti təlim-məşq toplanışından yollanacaqlar.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vüqar Şükürov təmsil edəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.