İDMAN


Almaniyada keçirilən “Böyük dəbilqə” turnirində daha dörd cüdoçumuz mübarizəyə qoşulub

Bakı, 22 fevral, AZƏRTAC

Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə “Böyük dəbilqə” turniri davam edir.

AZƏRTAC xəbər verir ki, yarışın ikinci günündə - fevralın 22-də kişilər arasında Rüstəm Orucov, Telman Vəliyev (hər ikisi 73 kq), Hidayət Heydərov və Murad Fətiyev (hər ikisi 81 kq) mübarizə aparırlar.

Turnirin birinci yarış gününü komandamız medalsız başa vurub. Cüdoçularımızdan ən yaxşı nəticəni Orxan Səfərov (66 kq) göstərib (7-ci yer).

Fevralın 23-dək davam edəcək yarışda 116 ölkədən 700-ə yaxın cüdoçu mübarizə aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.