İDMAN


Almaniyada keçirilən Karate1 turnirində Azərbaycan milli komandası üç medal qazanıb

Bakı, 16 sentyabr, Nicat Məmmədov, AZƏRTAC

Azərbaycan milli komandası Almaniyada keçirilən Karate1 turnirində dörd medal uğrunda mübarizə aparıb.

AZƏRTAC xəbər verir ki, ilk olaraq tatamiyə üçüncü yer uğrunda mübarizəyə Azərbaycan milli komandasının üzvü Firdovsi Fərzəliyev çıxıb. Onun rəqibi Qazaxıstan idmançısı Kaysar Alpisbay olub. Görüş idmançımızın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Karatenin brilyantı sayılan Rafael Ağayev turnirin final mərhələsində Yusey Sakimaya (Yaponiya) ilə qarşılaşıb. Görüşün idmançımızın üstünlüyü ilə keçməsinə baxmayaraq, yaponiyalı idmançı xal sayına görə üstün olub (6:3).

Qadınlar arasında 68 kiloqram çəki dərəcəsində milli komandamızın üzvü İrina Zaretska final mərhələsində türkiyəli karateçi Eda Eltemurla qarşılaşıb. Döyüş türkiyəli idmançının qələbəsi ilə başa çatıb (7:4).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.