DÜNYA


Almaniyada koronavirusa rekord sayda sutkalıq yoluxma halı aşkarlanıb

Bakı, 19 yanvar, AZƏRTAC

Almaniyada ötən sutka ərzində COVID-19 infeksiyasına rekord sayda - 112 min 323 yoluxma halı qeydə alınıb və ölkədə koronavirusa yoluxanların sayı 8 milyon 186 min nəfəri keçib.

AZƏRTAC xəbər verir ki, bu barədə Robert Xok adına Virusologiya İnstitutunun yanvarın 18-də dərc etdiyi məlumatda deyilir.

Həmçinin son sutka ərzində Almaniyada koronavirusdan 239 pasiyent ölüb və həyatını itirənlərin sayı 116 min 81 nəfərə çatıb. Ölkədə son yeddi gün ərzində əhalinin 100 min nəfərinə düşən yoluxma sayı 584,4 nəfərə çataraq yeni rekord müəyyənləşdirib.

Qeyd edək ki, hazırda Almaniyada bəzi karantin tədbirləri qüvvədə olsa da, pandemiyanın ilk üç dalğası zamanı qoyulan məhdudiyyətlərdən xeyli yumşaqdır. Bu tədbirlər əsasən peyvənd olunmayan vətəndaşlara aiddir. Onların restoranlara, teatrlara və konsertlərə girişi məhdudlaşdırılıb.

Eyni zamanda, dünyanın bəzi ölkələrində də rekord sutkalıq yoluxma halları müşahidə edilir. Belə ki, son 24 saat ərzində Fransada 464 min 769 nəfər, İtaliyada 228 min 179 nəfər, Braziliyada isə 132 min 254 nəfər COVID-19 infeksiyasına yoluxub. Bu ölkələrdə qeydə alınan sutkalıq yoluxma halları pandemiyanın əvvəlindən bəri ən yüksək həddə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.