DÜNYA


Almaniyada koronavirusa yoluxan pasiyentlərin sayı 1 milyonu ötüb

Berlin, 27 noyabr, AZƏRTAC

Almaniyada COVID-19-a yoluxma göstəricisi bir milyona bərabər acınacaqlı həddi aşıb.

AZƏRTAC xəbər verir ki, son sutkada koronavirusa 22.806 yeni yoluxma faktı qeydə alınıb. İndi bu xəstəliyə yoluxanların ümumi sayı 1.006.394 nəfər təşkil edir.

Sutkalıq ölüm halları barədə yeni rəqəmlər rekord göstərici olub. Təkcə dünən COVID-19 nəticəsində ölkənin 426 nəfər sakini ölüb. Srağagün müəyyən edilən bundan əvvəlki rekord 410 nəfər təşkil etmişdi.

Pandemiya dövründə xəstəlik AFR-də ümumilikdə 15.586 nəfərin həyatına son qoyub.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.