DÜNYA


Almaniyada koronavirusdan ölənlərin sayı 100 min nəfəri ötüb

Bakı, 25 noyabr, AZƏRTAC

Almaniya Federativ Respublikasında COVID-19 infeksiyası səbəbindən ölənlərin sayı 100 min nəfəri ötüb.

AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, noyabrın 24-də Almaniyada 73 min 966 nəfər koronavirusa yoluxub, 321 nəfər COVID-19 infeksiyası səbəbindən həyatını itirib. Bu günə olan son məlumata görə, ölkədə pandemiya dövrü ərzində koronavirusa 5 milyon 546 mindən çox yoluxma halı qeydə alınıb, ölənlərin sayı isə 100 min 481 nəfərə çatıb.

Qeyd edək ki, almanların 68,1 faizi COVID-19 infeksiyasına qarşı tam vaksinasiya olunub, əhalinin 5 faizi isə artıq peyvəndin üçüncü buster dozasını vurdurub. Bununla belə, Almaniya hazırda koronavirusa gündəlik yoluxma hallarının sayına görə ABŞ-dan sonra ikinci, gündəlik ölüm hallarının sayına görə isə yeddinci yerdə gedir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.