İDMAN


Almaniyada medal qazanan karateçilərlə görüş keçirilib

Bakı, 19 sentyabr, Nicat Məmmədov, AZƏRTAC

Sentyabrın 19-da Gənclər və İdman Nazirliyində Almaniyada keçirilmiş Karate1 Premyer Liqasında medal qazanan idmançılarla görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə karateçilər Rafael Ağayev, İrina Zaretska və Firdovsi Fərzəliyevlə yanaşı, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, vitse-prezident Rəhman Hətəmov və milli komandanın baş məşqçisi Şahin Xudaverdiyev də iştirak ediblər.

Fərid Mansurov əvvəlcə idmançıları təbrik edərək deyib: “Yarışları izləmişəm. Hər zaman uğurlarınızın bol olmasını arzu edirəm. Karatedə güclü rəqabət hiss olunur. Rafael Ağayevin hər zaman birinci yeri tutmasına öyrəşmişik. Ağayev bu dəfə gümüş medal qazanıb. Komandanın bütün üzvlərindən 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında yüksək nəticələr gözləyirik. Dövlətimizin göstərdiyi diqqət və qayğı idmançıları həvəsləndirməlidir. İdmançılarımızdan zədəsiz döyüşlər və medallar gözləyirik".

Yaşar Bəşirov yığma üzvləri ilə görüş təşkil etdiyi üçün Gənclər və İdman Nazirliyinə minnətdarlığını bildirib: “Hazırda karate idman növündə vəziyyət yaxşıdır. Bu yarışa ondan artıq idmançımız qatıldı. Biz 72 ölkə arasında ilk səkkizliyə düşə bildik. Əsas məqsədimiz olimpiadada yaxşı çıxış etməkdir. Məşqlərimiz davam edəcək və idmançılarımız növbəti yarışlara hazırlaşacaqlar”.

Milli komandanın baş məşqçisi Şahin Xudaverdiyev isə çox çətin rəqiblərə qarşı çıxış etdiklərini, idmançıların etimadı doğrultduqlarını deyib: “Bu turnirdə güclü reytinqə malik idmançılar iştirak ediblər. Hər ölkənin güclü idmançıları bu yarışlarda nəticə göstərməyə çalışırlar. Turnirdə hakimlərin müəyyən səhvləri oldu. Buna baxmayaraq biz Vətənə medallarla qayıtdıq. Öz idmançılarımla fəxr edirəm”.

Qeyd edək ki, Karate1 Premyer Liqasında Rafael Ağayev (75 kq) və İrina Zaretska (68 kq) gümüş, Firdovsi Fərzəliyev (60) isə bürünc medal qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.