DÜNYA


Almaniyada poçt bağlamalarının və məktubların partlaması halları artıb

Berlin, 19 fevral, AZƏRTAC

Münhen aeroportunun yaxınlığında poçt bağlamalarının paylanması mərkəzinə xidmət edən yerli polis orada bir şübhəli poçt bağlaması aşkar edib və onu zərərsizləşdirib.

AZƏRTAC xəbər verir ki, Lidl supermarketlər şəbəkəsinin qərargahında bir məktub açılarkən partlayış baş verib. “Kapri-Zonne” adlı içkilər istehsalçısının göndərdiyi bir bağlamanın açılması zamanı da oxşar hadisə baş verib. Bundan sonra asayiş keşikçiləri sayıqlığı artırıb və bütün poçt bağlamalarını ciddi yoxlamağa başlayıblar.

Heydelberq şəhərinin prokurorluğundan verilən məlumata görə, polisin aşkar etdiyi bağlama Bavariyada yerləşən bir qida firmasına ünvanlanıbmış.

Ekspert-kriminalistlər cinayətlərin izini tapmaq üçün bütün məlumatları yoxlayırlar. Burada əmindirlər ki, bütün belə hadisələr arasında bir əlaqə var. Bavariya Dövlət Cinayət Polisi idarəsi bu məsələni xüsusi nəzarətə götürüb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.