DÜNYA
Almaniyada qaçqınların qəbulu qaydaları sərtləşdirilib
Berlin, 10 noyabr, AZƏRTAC
Almaniyada qaçqın statusu almaq üçün müraciət edənlər sənədlərin yoxlanılması prosesində fəal iştirak etməlidirlər.
AZƏRTAC xəbər verir ki, Almaniya parlamenti bununla bağlı müvafiq qanun layihəsi qəbul edib. Bu qərarı iqtidar koalisiyası, habelə Liberal Azad Demokratik Partiyası (LADP) və sağ təmayüllü “Almaniya üçün Alternativ” partiyası dəstəkləyiblər. Solçular Partiyası və “İttifaq 90”/Yaşıllar” qanun layihəsinin əleyhinə səs veriblər.
İndiyədək Federal Miqrasiya və Qaçqınlar İdarəsi ilə əməkdaşlıq yalnız sığınacaq verilməsi üzrə müraciətə baxılması müddətində tələb olunurdu, lakin sonradan qaçqın statusu ilə bağlı qəbul olunmuş qərarın qanunvericiliyə uyğun olub-olmaması müəyyən edildikdə buna ehtiyac duyulmurdu.
Yeni qanunvericiliyə görə isə hətta qaçqın statusu alanlar da üç il davam edə biləcək yoxlama müddətində hakimiyyət orqanları ilə yaxından əməkdaşlıq etməli və onların tələb etdikləri sənədləri təqdim etməlidirlər. Əks halda miqrantları cərimələr və həbs cəzası gözləyir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [22:26]
İstanbulda torpaq sürüşməsi baş verib
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]