DÜNYA


Almaniyada səyyar sirklərdə heyvanlardan istifadəyə qadağa qoyula bilər

Berlin, 20 noyabr, AZƏRTAC

Bundan sonra vəhşi heyvanlar Almaniya ərazilərindəki səyyar sirklərdə şoular üçün istismar obyekti olmayacaq.

AZƏRTAC xəbər verir ki, bu təklif ölkənin federal kənd təsərrüfatı naziri Kristian Şmidtin Bundestaqa təqdim etdiyi qərar layihəsində nəzərdə tutulub.

Əgər qanun layihəsi qəbul edilərsə, o halda vəhşi heyvanların tamaşaçılar qarşısında çıxış məqsədilə alınmasına qadağa tətbiq olunacaq.

Nazirliyin təkliflərində bildirilir ki, hazırda sirklərdə saxlanılan heyvanlar bir neçə vaxtdan sonra “müvafiq xilasetmə stansiyalarına”, məsələn zooparklara təhvil verilməlidir.

Vəhşi heyvanlar sirkdə təlim və tamaşalar vasitəsilə güclü fiziki gərginliyə məruz qalır, onların koqnitiv problemləri yaranır. Bununla yanaşı, heyvanlar müntəzəm səfərlərdən, qeyri-münasib şəraitdən əziyyət çəkirlər, bu da, öz növbəsində, heyvanlarda stres əmələ gətirir. Vəhşi heyvanların müdafiəsi üzrə beynəlxalq təşkilatlar nazirliyin təşəbbüsündə xeyli rol oynayıblar.

Yaxın vaxtlarda bu layihəyə səsvermə təşkil olunacaq.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.