DÜNYA


Almaniyada siyasətçilərə haker hücumunda şübhəli bilinən şəxs tutulub

Bakı, 8 yanvar, AZƏRTAC

Almaniya polisi siyasətçilərə və tanınmış insanlara seriyalı haker hücumlarında, həmçinin onların şəxsi məlumatlarının oğurlanmasında şübhəli bilinən şəxsi saxlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Spiegel Online cinayət işləri üzrə idarəyə istinadla məlumat yayıb. Şübhəli şəxsin 20 yaşlı gənc olduğu bildirilir. DPA agentliyinin məlumatına görə, o, törətdiyi əməli artıq etiraf edib.

Gün ərzində AFR-də bu işlə bağlı keçiriləcək iki mətbuat konfransında təfərrüatlar açıqlanacaq. Konfranslardan birini müstəntiqlər aparacaq, digərini isə daxili işlər naziri Horst Zeehofer və informasiya texnikasının təhlükəsizliyi üzrə federal idarənin başçısı Arne Şenbo təşkil edəcək.

Bundestaqın deputatlarının, teleaparıcıların və musiqiçilərin şəxsi məlumatlarının miqyaslı sızması ötən həftə məlum olub. Şəbəkəyə təxminən min nəfərin məlumatları qoyulub. Zərər çəkənlər arasında, həmçinin federal kansler Angela Merkel də olub: şəbəkəyə onun faks nömrəsi, poçt ünvanı və bir neçə məktubu sızdırılıb. Kanslerin mətbuat katibinin sözlərinə görə, orada “həssas informasiya” olmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.