DÜNYA
Almaniyada solçular qaza görə aksiz vergisini ləğv etməyə çağırıblar
Berlin, 26 sentyabr, AZƏRTAC
Almaniyanın Sosial Demokrat Partiyasının liderləri Nazirlər Kabinetini qaza görə əlavə aksiz vergisini ləğv etməyə çağırıblar.
AZƏRTAC “Welt” qəzetinə istinadla xəbər verir ki, onlar hökuməti artıq bu həftə qaza görə verginin ləğv olunmasını elan etməyə inandırmağa çalışırlar. Partiyanın liderlərinin fikrincə, siyasətçilər “səhvləri düzəltməyi” bacarmalıdırlar. Onlar keçmişdə qaza görə verginin tətbiq edilməsini federal hökumətin səhvi hesab edirlər və bildirirlər ki, bu səhv mümkün qədər tez bir zamanda düzəldilməlidir.
Solçu partiyalar hesab edirlər ki, belə yük vətəndaşlar üçün həddindən artıq ağır olacaq. Enerji daşıyıcılarının qiymətlərinin yüksək olmasına görə maliyyə təzyiqi artır, yeni verginin tətbiq edilməsi ilə bəzi ev təsərrüfatları xərclərinin öhdəsindən heç gələ bilməyəcəklər. Yaxın vaxtlarda Almaniyada elektrik enerjisinin qiymətlərinin də artması gözlənilir. Ekspertlər hesab edirlər ki, qiymətlər bir neçə dəfə artacaq. Bundan əvvəl elektrik enerjisinin qiymətləri qazla müqayisədə o qədər də sürətlə artmayıb. Elektrik enerjisinin qiyməti təxminən 10 faiz artıb, lakin indi bu rəqəm 60 faizə də çata bilər.
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin