İQTİSADİYYAT


Almaniyada təcrübə keçəcək sahibkar və menecerlər üçün seminar təşkil olunub

Bakı, 6 fevral, AZƏRTAC

Fevralın 6-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Almaniyada təlim və istehsal müəssisələrində təcrübə keçəcək sahibkar və menecerlər üçün 2 günlük seminar təşkil olunub.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Almaniyanın “Beynəlxalq Akademiya” Tədris Mərkəzinin nümayəndələri - Timo Tekhaus və Roman Husnutinov sahibkar və menecerlərə “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı”, beynəlxalq iqtisadi kooperasiya, Almaniya müəssisələri ilə işgüzar əlaqələrin qurulması mövzularında məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

Qeyd edək ki, Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi arasında anlaşma memorandumuna uyğun olaraq, “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 16 sahibkar və menecerdən ibarət ilk qrup martın 25-dən aprelin 19-dək Almaniyanın Hamburq şəhərində yerləşən “Beynəlxalq Akademiya” Tədris Mərkəzində təlim, istehsal müəssisələrində isə təcrübə keçəcək. İndiyədək 379 sahibkar və menecer bu proqram çərçivəsində Almaniyada ixtisasartırma kursu keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.