DÜNYA


Almaniyada terror aktının qarşısı alınıb

Berlin, 13 may, AZƏRTAC

Almaniyanın Essen şəhərində terror aktının qarşısı alınıb.

AZƏRTAC xəbər verir ki, “Don-Bosko” gimnaziyası şagirdlərinin polisə verdiyi məlumata görə, onların 16 yaşlı sinif yoldaşı əvvəlcə özünün oxuduğu gimnaziyada, daha sonra Borbek qəsrindəki orta məktəbdə kütləvi qətl törətməyə hazırlaşırdı.

Şimali Reyn-Vestfaliya əyalətinin daxili işlər naziri Herbert Reul jurnalistlərə bildirib ki, onun idarəsi “dəhşətin qarşısını almağa” nail olub. Həddi-büluğa çatmayan cinayətkar xüsusi xidmət orqanları tərəfindən öz mənzilində qəfil reyd aparılması nəticəsində tutulub. Axtarış zamanı mənzildə əldəqayırma odlu silah, arbalet (qundaqlı ox-yay) və ona aid boltlar, təqribən 20 bombanın hazırlanması üçün materiallar, eləcə də antisemit və ksenofobiya məzmunlu ədəbiyyat aşkar edilib. Məktəbdə və gimnaziyada aparılan axtarışlarda yeniyetmənin bu təhsil müəssisələrinin binasına nəzəri cəhətdən keçirə biləcəyi heç nə aşkar edilməyib. Həbs olunmuş şəxsin ciddi psixi problemlərdən əziyyət çəkməsi barədə şübhələr var.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.