DÜNYA


Almaniyada təxminən yarım milyon mütəxəssisə ehtiyac var

Berlin, 16 aprel, AZƏRTAC

Almaniyada mütəxəssis çatışmazlığı ölkə iqtisadiyyatının inkişafını ildə bir faiz aşağı salır.

AZƏRTAC xəbər verir ki, bu barədə “Rheinische Post” qəzeti Almaniya İqtisadiyyatı İnstitutunun (IW) tədqiqatlarına əsasən məlumat yayıb. Ekspertlər bildirirlər ki, ölkədə ümumilikdə 440 minə yaxın mütəxəssis çatmır. Əgər alman müəssisələri göstərilən sayda işçi tapa bilərsə, bunun nəticəsində ildə iqtisadiyyata 30 milyard avro gələcək ki, bu da IW-nin hesablamalarına görə 0,9 faiz artım deməkdir.

2017-ci ildə daha çox vakansiya nəqliyyat və logistika, satış, metal emalı, maşınqayırma və avtomobil istehsalı, energetika, elektrotexnika, inşaat və səhiyyə (xəstə və yaşlı insanlara qulluq da bura daxildir) sahələrində tələb olunub.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.